image-324082600_1268024337108892_477444765810212519_nbackend

İraqda  SEPAH-a bağlı 16 banka sanksiya tətbiq edildi

image-reklam_sirab_01
Fransanın Le Fiqaro qəzeti ABŞ-ın SEPAH-a bağlı 15 İraq bankına qarşı yeni sanksiyalarına toxunaraq, İran bazarında dollar qıtlığının rialın dollar qarşısında vəziyyətini daha da pisləşdirəcəyini proqnozlaşdırıb.
Le Figaro-nun müxbiri Corc Malbruno yazıb ki, ABŞ sanksiyaları ilə hədəf alınan və hər həftə 100 milyon dollardan çox pulu qaçaqmalçılıq yolu ilə İran, Suriya, İordaniya və Türkiyəyə keçirən 15 İraq bankı bu ölkənin tanınmış siyasi liderlərinin ixtiyarındadır.
Vətəninfo.az xəbər verir ki, Le Figaro-ya görə, ABŞ bu 15 bankı boykot etməklə, əslində SEPAH-ın vacib maliyyə mənbələrindən birinin qarşısını kəsib.
İraqlı bir diplomat “Le Figaro”-ya bildirib ki, İraq Mərkəzi Bankı hər gün ölkədəki özəl banklara dollar satır və bu banklar alınan dollarları İrana köçürür.
Əslində, iraqlı diplomata görə, sanksiyalara məruz qalan İraq bankları qaçaqmalçılıq əməliyyatları ilə İraqın milli maraqlarına və iqtisadiyyatına zərər vuran SEPAH-ın vitrinidir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki