İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İraqa səfər edib.
“Tabnak”ın məlumatına görə, general Qaani Bağdadda Həşd əş-Şəbi qruplaşmasının, silahlı qrupların liderləri və İraq Koordinasiya Qərargahının rəhbərliyi ilə bir sıra görüşlər keçirib.
Vətəninfo.az xəbər verir ki, görüşlərdə əsas müzakirə mövzusunun ölkədə silahlı qrupların fəaliyyətinə nəzarət və silahların dövlətə təhvil verilməsi prosesi olduğu bildirilir.
Qaaninin səfəri İraqda silahlı qrupların silahlarının dövlətə təhvil verilməsi prosesinin başladığı bir vaxta təsadüf edib. İraqın baş naziri Əli əl-Zeydi daha əvvəl prosesin başa çatdırılması üçün sentyabrın 30-dək müddət müəyyən edib.
İraqın dövlət qurumları isə ölkə ərazisində dövlət strukturlarından kənar silahlı fəaliyyətin dayandırılacağını bildiriblər. Qeyd olunub ki, bu tələb Terrorla Mübarizə Qanununun müddəalarına əsaslanır.
İraqda silahlı qrupların tərksilah edilməsi məsələsi son dövrlərdə ölkənin siyasi gündəliyində əsas mövzulardan birinə çevrilib.


























