image-331001955_856742552083169_1176806946474028490_nbackend

İrəvan: “İran Ermənistanın min illik qonşusudur”

image-reklam_sirab_01
Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri İran rəsmilərini İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrik edərək, Tehranla dostluq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
 Vətəninfo.az xəbər verir ki,  Ermənistan parlamentinin sədri Alen Simonyan İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə İran xalqını və dövlətini təbrik edib.
Xəbər mənbələrinin məlumatına görə, Simonyan öz “Twitter” hesabında İran və Ermənistan bayraqlarının yan-yana şəklini paylaşaraq yazıb: “İran bizim minillik qonşumuzdur, İran Ermənistanın dostudur. Bu belə olub, var və olacaq. İran İslam Respublikasının Milli Bayramı mübarək!”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə İranın ali rəhbəri və prezidentinə təbrik məktubu göndərib.(Fars News)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki