image-666backend

İrəvan və Tehran şəhərləri qardaşlaşır

image-reklam_sirab_01
İrəvan meri Qraçya Sarkisyan Tehrana səfər edib. Vətəninfo.az xəbər verir ki, bu barədə  “Armenpress”ə  xəbər yayıb.
Səfərin Tehran meri Əlirza Zəkaninin dəvəti ilə baş tutduğu bildirilir.
Yanvarın 19-dək davam edən səfər çərçivəsində İrəvanla Tehran arasında qardaşlaşmış şəhərlər elan edilməsi haqqında saziş imzalanacaq.
İrəvan meri həmkarı Əlirza Zəkani və Tehran Şəhər Şurasının sədri Mustafa Çamranla görüşlər keçirəcək.
Erməni nümayəndə heyətinin üzvləri Tehranın bir sıra bələdiyyə idarəetmə strukturlarına da baş çəkəcəklər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki