image-1097963backend

İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası işə başlayıb

image-reklam_sirab_01

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası işə başlayıb. Vətəninfo.az-ın  məlumatına görə , iclasda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər .

Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və ortamüddətli dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

Ən mühüm məsələlərdən biri KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlərin müzakirəsi olacaq.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbulu planlaşdırılır.

Şuranın iclası zamanı sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, birgə radioloji, kimyəvi və bioloji müdafiənin formalaşdırılması ilə bağlı bir sıra sənədlər imzalanacaq.

2023-cü il yanvarın 1-dən baş tutacaq rotasiya ilə bağlı KTMT-nin baş katibi məsələsi də müzakirə olunacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki