image-default-3backend

İrəvanda nə baş verir? – Xəstəxanalarda yer yoxdur

image-reklam_sirab_01

“İrəvanda vəziyyət kritik həddə çatıb. Xəstəxanalar uşaqlarla dolub-daşır, İrəvanda nəfəs almaq mümükün deyil, çirklənmənin səviyyəsi qırmızı xətti keçib.” – Vətəninfo.az xəbər verir ki,  erməni ekoloq İnqa Zarafyanın sözlərinə görə, İrəvanda sözün əsl mənasında nəfəs almağa hava yoxdur, vəziyyət kritikdir.

Ekoloq bildirib ki,  belə şəraitdə insan daha həssas olur, immunitet zəifləyir və orqanizmin xəstəliklərlə mübarizə aparması çətinləşir.

“İnsanlar təmiz hava ilə nəfəs almağa çıxanda, əslində, müxtəlif zəhərli maddələrlə doymuş çirkli hava ilə nəfəs almağa başlayırlar”, – ekspert vurğulayıb.

Ermənistanın Ətraf Mühit Nazirliyinin Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktor müavini Qayane Şahnazaryan  bildirib ki , İrəvanda çirklənmə səviyyəsi qırmızı xətti keçib.

O, bunu tikinti tozları, avtomobillərin sayının artması və şəhərə yaxın mədən müəssisələrinin fəaliyyəti ilə əlaqələndirib.

“Azot dioksidi məqbul normanın yuxarı həddinə yaxındır. Bəzən bu həddi aşırlar”, o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki