image-reklam-veteninfo
image-resize-1backend

İrəvanda tikintidə kran aşdı: 2 İran vətəndaşı da daxil olmaqla 3 nəfər öldü

image-reklam-veteninfo

İrəvanda yaşayış evinin tikintisi zamanı kranın qismən uçması nəticəsində üç nəfər həlak olub.

Vətəninfo.az xəbər verir ki, hadisə Ermənistanın paytaxtı İrəvanda tikinti sahələrindən birində baş verib.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, tikinti işləri zamanı kran zədələnərək qismən aşıb və üç nəfəri əzib.

Hadisə yerində olan polis əməkdaşının yerli mediaya verdiyi məlumata əsasən, ölənlərdən ikisi İran, biri isə Ermənistan vətəndaşıdır.

Məlumata görə, həmin şəxslər kranın sökülməsi üçün tikinti sahəsinə gəliblər. Qəza nəticəsində onların kranın altında qaldığı bildirilir.

Hadisə yerində xilasetmə və digər aidiyyəti xidmətlərin işləri davam etdirilir. Ölənlərin cəsədlərinin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki