İş adamı, sabiq deputat Nazim Bəydəmirli kömrükdə başına gətirilən hadisələrlə bağlı sosial şəbəkədə paylaşım edib. Vətəninfo.az xəbər verir ki, iş adamı kömrükdə müşahidə etdiklərini sosial şəbəkədə paylaşaraq qanunsuz şirkətlərin iş adamlarını soyduqlarını bildirib.
Həmin statusu təqdim edirik:
“Hörmətli cənablar! Mənim şəxsən müşahidə etdiyimə görə Gömrüyün yanındakı bu terminallar kütləvi şəkildə vergidən yayınırlar, eyni yerdə 10-larla “proksi” şirkət açıb vətəndaşları soyurlar, ƏDV-dən yayınırlar. Terminala qəbul 150 manat, hər gün 50 manat tələb edən şirkətin toplam vergi ödənişi nə qədərdir? Dövlətin inzibati resursları hesabına hansı şəxs bu qədər özünü qanundan üstün tutur? Niyə vətəndaşlar avtomobillərini qoyanda müqavilə verilmir, tariflər razılaşdırılmır? Bu nə xidmətdir ki, çölün düzündə açıq havada avtomobilin bir gününə 50 manat müəyyən edir? Balaca kağızda göstərilən rəqəmlərlə müqavilə əvəz edilir?
İqtisadiyyat nazirliyinin müvafiq qurumları hara baxır?
Mən vergi yayındırılması haqqında xəbər verdiyimə görə yoxlayın və mənə qanunla düşəcək “qonorarı” özünüzə götürün və vergiödəyicilərinin maarifləndirilməsinə xərcləyin!”