Son günlər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin mərhum xalq şairi Səməd Vurğunla qohum olması haqqında mətbuatda əsassız yazılar dərc edilir. Hətta müəllflərdən biri daha irəli gedərək akademik İsa Həbibəylinin Vəkilovlar nəslinin nümayəndəsi kimi təqdim edir. Vətəninfo.az saytı apardığı araşdırma nəticəsində aydın olur ki, akademik İsa Həbibəylinin Vəkilovlarla heç bir qohumluq əlaqəsi yoxdur. Maraqlı bir məqam isə məşhur Vəkilovlar nəslinin məhz XVIII əsrin ortalarında Naxçıvandan indiki Qazax rayonu ərazisinə köç etməsidir. Bu nəslin Naxçıvanda Qazax rayonuna köç etməsi tarixi sənədlərdə də öz əksini tapıb.
Digər maraqlı məqam akademik İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olub. Bu kəndin sakinləri isə əsrlərdir həmin bölgədə məskunlaşıblar. Danzik kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir və bu kəndin sakinləri Azərbaycan tarixinin və dövlətçilik ənənlərinin formalaşdırılmasında mühüm rol oynayıblar.