image-img_20230403_151008backend

İŞİD döyüşçüsü: “İŞİD-ə İranda cəlb edilmişəm”

image-reklam_sirab_01

Vətəninfo.az İndependent persian-a istinadən xəbər verir ki, Taliban qruplaşması video yayaraq    şəkildəki bu səxsin   ən azı beş son hücumda iştirak edən İŞİD döyüşçüsü olduğunu iddia edib.

Aprelin 2-də Taliban Əfqanıstanın Bəlx əyalətinin valisi Davud Muzzəmilə sui-qəsd həyata keçirən və bir neçə digər terror hücumunda əli olan İŞİD üzvünü həbs etdiyini bildirib.

Videoda İŞİD üzvü kimi təqdim edilən şəxs Əfqanıstanda, xüsusilə də etnik həzarilərə qarşı son hücumlarda iştirak etdiyini deyir.

Bu İŞİD döyüşçüsü özünü Bamyan vilayətinin Siqan şəhərinin Çırağan kəndindən olan Məhəmməd ləqəbli Əbdül Vəkilin oğlu Eynəddin kimi təqdim edib. Məhəmməd deyir ki, 2 il yarım öncə İranda kimsə onu İŞİD qruplaşmasına cəlb edib və Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra o, şiə azlıq olan etnik həzarilərə qarşı üç hücum da daxil olmaqla ən azı beş böyük partlayışla nəticələnə biləcək hücum planlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki