image-137773backend

İsko karyerasını Bundesliqada davam etdirəcək

image-reklam_sirab_01

“Real”ın sabiq yarımmüdafiəçisi İsko karyerasını Bundesliqada davam etdirəcək. Vətəninfo.az xəbər verir ki,  Azad agent statusuna malik futbolçu “Union Berlin”lə müqavilə imzalayacaq, – Sky xəbər verir.

30 yaşlı futbolçu yanvarın 31-də Almaniya klubunda tibbi müayinədən keçəcək.

İsko ötən yay İspaniyanın “Sevilya”sı ilə müqavilə imzalasa da, dekabrda tərəflər əməkdaşlığı dayandırıb.

“Sevilya”da çıxış etdiyi 19 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Real”la İsko üçqat İspaniya çempionu, beşqat Çempionlar Liqasının çempionu olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki