ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya yollanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.
Onu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə isə məlumat verilmir.
Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi.
Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb: “ABŞ nümayəndələrinin Qətərə səfər etməsinin İran nümayəndə heyətinin səfəri ilə heç bir əlaqəsi yoxdur.
Səfər anlaşma memorandumunun müddəalarının, o cümlədən 11-ci bəndin icrasını izləmək üçün həyata keçirilir.


























