İspaniyanın Baş naziri Pedro Sançes 2026-cı ildə ölkədə müşahidə olunan anomal istilərin ciddi humanitar nəticələrə səbəb olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu il anomal isti hava şəraiti nəticəsində İspaniyada 3800-dən çox insanın həyatını itirəcəyi gözlənilir.
Pedro Sançes bildirib ki, 2026-cı ildə baş verən meşə yanğınları da ölkəyə ciddi ziyan vurub. Onun sözlərinə görə, yanğınlar təxminən 150 min hektar ərazini məhv edib, nəticədə 13 nəfər həlak olub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl açıqladığı məlumatda 2022-ci ildən bəri Avropada isti hava dalğaları səbəbindən 200 mindən çox insanın həyatını itirdiyini bildirmişdi.


























