image-1backend

İsrail daha iki əsgərini itirdi

image-reklam_sirab_01

İsrail Qəzzanın şimalında daha 2 əsgərinin öldürüldüyünü açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, İsrail ordusunun rəsmi saytında verilən açıqlamaya görə, Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda general-mayor Tal Şua və sıravi əsgər Şai Ayeli həlak olub.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bu yana ölən İsrail əsgərlərinin sayı 471-ə yüksəlib, onlardan 139-u Qəzzadakı qarşıdurmalarda həlak olub.

Fələstinin ”Həmas” müqavimət hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde yayımlanan videoda İsrailə qarşı mübarizəni davam etdirdiklərini və İsrailin böyük itkilər verdiyini bildirib.
Əbu Ubeyde oktyabrın 7-dən bu yana 720 hərbi maşını qismən və ya tamamilə məhv etdiklərini açıqlayıb.
Qəssam tərəfindən ölən 3 girovla bağlı video da yayımlandı.
“Onların həyatlarını qorumaq istəyimizə baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu onları öldürməkdə israrlıdır”,-deyə videoda bildirilib.
Elia Tolidano, Nik Beezer və Ron Şerman adlı girovların görüntülərinin yer aldığı videonun sonunda “Onların üçü də sizin ordunuz tərəfindən öldürülüb” deyilir.
Qəssam daha əvvəl Fələstin müqavimət qüvvələrinin saxladığı bəzi girovların İsrail tərəfindən öldürüldüyünü açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki