image-1backend

İsrail gəmisi qaçırıldı

image-reklam_sirab_01

Yəmənin husi üsyançıları Ədən körfəzində İsrailə məxsus “Galaxy Leader” yük gəmisini ələ keçirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Əl Hadath telekanalı xəbər verir.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının nümayəndəsi Yəhya Saria, husilərin hədəf aldıqları vasitələr daxilində İsrail mülki gəmilərinə hücum etməklə hədələyib.

“Yəmən silahlı qüvvələri İsrail şirkətlərinə məxsus olan və idarə olunan sionist təşkilatın bayrağı altında aşağıdakı gəmi növlərinə hücum edəcəklərini elan edirlər”, – hərəkatın Teleqram kanalında deyilir.

Daha sonra İsrail rəsmiləri “Galaxy Leader” yük gəmisinin yəmənli husilər tərəfindən tutulmasını pisləyib və hücumda İranı günahlandırıb. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin mətbuata açıqlamasında bildirilir.

“Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. İngilis şirkətinə məxsus olan və Yapon şirkəti tərəfindən idarə olunan gəmi İranın şıltaqlığı ilə Yəməndə husi milisləri tərəfindən ələ keçirilib”, – mətndə deyilir.

Netanyahunun ofisinin məlumatına görə, gəmidə “müxtəlif millətlərdən olan 25 ekipaj üzvü, o cümlədən ukraynalılar, bolqarlar, filippinlilər və meksikalılar” var.

“Gəmidə heç bir israilli olmayıb”, – bəyanatda vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki