image-63b3e0462b824backend

İsrail hərbçiləri 9 fələstinlini öldürdü

image-reklam_sirab_01

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinə təşkil etdiyi basqında ilk məlumatlara görə 9 fələstinli həyatını itirib, 100-dən çox nəfər isə yaralanıb.

Vətəninfo.az xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə bir neçə girişdən basqın edib.

Belde əl-Kadime bölgəsində evlərdən birini mühasirəyə alan İsrail qüvvəhlərilə bölgə sakinləri arasında baş verən insidentdə silah və partlayış səsləri eşidilib.

Fələstin Səhiyyə Nazirliyinin mənbələri basqın zamanı 9 fələstinlinin həyatını itirdiyini, 6-sı ağır olmaqla 102 nəfərin yaralandığını bildirib.

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail qüvvələrinin həqiqi güllələrlə müdaxiləsi nəticəsində 2 jurnalistin yaralandığı bildirilib.

İsrail qüvvələrinin bölgəyə basqın etməsindən sonra hadisələr davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki