image-5841adf87d04fbackend

İsrail: ”İrana məxsus konvoyu vurduq”

image-reklam_sirab_01

İsrail Baş Qərargah rəisi Aviv Kohavi keçən ay Suriya-İraq sərhədində İranın silah karvanını vurduqlarını söyləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Aviv Kohavi Reyxman Universitetində keçirilən konfransda bildirib.

Hücumun yaşandığı günlərdə ərəb mediası və beynəlxalq mətbuat orqanlarının yayılan xəbərlərdə İraqdan Suriyaya keçən təxminən 15 TIR-ın vurulduğu bildirilir.

Hücumun arxasında İsrailin olduğu vurğulanıb. Hadisədə İran İnqilab Keşikçiləri Korpusunun bəzi üzvlərinin həlak olduğu bildirilib.

Təl-Əviv administrasiyası isə həmin günlərdə hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki