image-1backend

İsrail Livanın cənubuna hücum etdi, ölənlər var

image-reklam_sirab_01

İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubunda hərəkət edən bir avtomobili hədəf aldığı bildirilib. İlkin məlumatlara əsasən, hücum nəticəsində 3 nəfər həlak olub.
Vətəninfo.az xəbər verir ki, Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, İsrailə məxsus PUA Sur şəhərinin Qanduriyye kəndi yaxınlığında bir avtomobili vurub.
Hadisə yerinə təcili tibbi yardım maşınlarının göndərildiyi bildirilib.
Livan mətbuat orqanlarının yaydığı məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb. Təcili yardım briqadasının yaxınlığına raket mərmisinin düşdüyü bildirilib, nəticədə tibb işçilərinin yaralandığı qeyd olunub.
İsrail ordusu həmçinin Hizbullahın öldürülən komandiri Visam Hüseyn Tavilin Xirbet əs-Slim qəsəbəsindəki evinin yaxınlığında iki hücum da həyata keçirib.
Hücum dəfn mərasiminin keçirildiyi ərazidən cəmi 1-2 kilometr aralıda baş verib.
Mərasimin keçirildiyi ərazidə İsrail PUA-larının səsləri eşidilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki