ABŞ Tehranın nüvə proqramı ilə bağlı müvəqqəti razılığa gəlmək məqsədilə İranla danışıqları bərpa etmək imkanını nəzərdən keçirir. Vətəninfo.az xəbər verir ki, bu iddia ilə “The Times of Israel” çıxış edib.
Nəşr yazır ki, ABŞ rəsmiləri İsrail, Fransa, Böyük Britaniya və Almaniyadakı həmkarlarına Tehranın nüvə materialının zənginləşdirilməsini 60 faizlə məhdudlaşdıran, silah səviyyəsinə yaxınlaşan təklifi nəzərdən keçirdiklərini bildiriblər.
Bütün bunlar İrana qarşı sanksiyaların yumşaldılması üçün ediləcək.


























