İsrail Türkiyə hərbi qüvvələrinin Suriyada, xüsusilə Hələb yaxınlığındakı hava bazasında yerləşdirilməsinə qarşı olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, İsrail Baş nazirinin Ofisinin yaydığı açıqlamada bildirilib ki, İsrail və Suriya arasında təhlükəsizlik sahəsində mövcud status-kvonun qorunması barədə razılaşma əldə olunub. Lakin Suriyanın Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşdirilməsinə icazə verməsi bu razılaşmanı pozmaq təhlükəsi yaradıb.
İsrail tərəfi qeyd edib ki, Türkiyə hərbçilərinin belə bir ərazidə yerləşdirilməsinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcəyi barədə Suriyaya dəfələrlə xəbərdarlıq edilib.
Açıqlamada vurğulanıb: “İsrail öz təhlükəsizliyinə qarşı təhdidlərə dözməyəcək və status-kvonun bərpa olunmasını alqışlayacaq.”


























