image-655f5ee094760backend

İsrail ordusu İndoneziya xəstəxanasına ağır zərbələr endirib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanasına ağır zərbələr endirib.
Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra verdiyi açıqlamada “Hazırda Qəzza zolağının şimalındakı İndoneziya xəstəxanasına ağır zərbələr endirilir. Elektrik generatorlarına və binanın böyük hissəsinə ziyan dəyib” deyib.
Əşrəf əl-Kudra xəstəxanada olan 200 yaralı və tibb işçilərinə görə narahat olduqlarını bildirib.
İsrail ordusunun axşam saatlarında İndoneziya xəstəxanasının əsas generatorunu vurduğu və bütün şöbələrdə elektrik enerjisinin kəsildiyi qeyd olunub.

Xatırladaq ki, ”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 70 İsrail əsgəri də həlak olub. İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 14854 adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 229 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və əsas binalarına zərbələr endirib. İşğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb. İsrail və ”Həmas” arasında əldə olunan razılaşma bu gün yerli vaxtla saat 07:00-da qüvvəyə minib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki