image-316543602_432696149068713_1725866592590032339_nbackend

İsrail ordusu: “İran uranı 90% saflıqla zənginləşdirilməyə çatdıracaq”

image-reklam_sirab_01

“İslam Respublikası xalq etirazlarının artması və ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların onun devrilməsinə səbəb olacağından son dərəcə narahatdır”. Vətəninfo.az xəbər verir ki,  “Jerusalem Post” qəzeti bu iddia ilə çıxış edib.

İsrail ordusunun kəşfiyyat rəisi general Aharon Xaliva deyib ki, İran yəqin ki, yaxın vaxtlarda ən azı simvolik olaraq uranı 90% saflığa qədər zənginləşdirəcək. Bu isə zənginləşdirilmiş uranın hərbi və silah səviyyələri üçün tələb olunan xalislik dərəcəsidir.

Noyabrın 21-də Təl-Əvivdə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iclasında çıxış edən Xəlivənin sözlərinə görə, Tehran bu günədək uranın zənginləşdirilməsinin silah həddini keçməyə cürət etməyib.
Ötən həftə “Jerusalem Post” yüksək səviyyəli İsrail mənbələrinə istinadən bildirib ki, ölkə hələ də İranın nüvə avadanlığına genişmiqyaslı hücum etmək niyyətində deyil.

Mənbənin iddiasına görə, İranın nüvə bombası əldə etmək qabiliyyətinə çatmasına hələ iki il var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki