image-88backend

İsrail ordusunun baş qərargah rəisi: “Biz İranın nüvə proqramının qarşısını almaq üçün istənilən əmri yerinə yetirməyə hazırıq”

image-reklam_sirab_01

İsrail ordusunun baş qərargah rəisi general Aviv Koxavi İranın nüvə proqramının qarşısını almaq üçün istənilən addım atacaqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, general Aviv Koxavi İslam Respublikasının nüvə silahının regionda ən böyük potensial təhlükə qeyd edib.

Aviv Koxavi habelə İsrailin İslam Respublikasının Suriyada raket sistemləri yerləşdirmə cəhdinin qarşısını aldığını və bu rejimin Suriyadakı baza və qüvvələrinin əvvəlkindən xeyli kiçildiyinə işarə edərək, Tehrana qarşı mübarizənin Yaxın Şərqdəki İranmeyilli bütün qüvvələrin fəaliyyətini əhatə etməli olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki