image-reklam-veteninfo
image-1backend

İsrail polisi 600 yerli özünümüdafiə dəstəsi yaradıb

image-reklam-veteninfo

Ümumilikdə İsrail polisi 600 yerli özünümüdafiə dəstəsi yaradıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvir tərəfindən təyin edilmiş bu birləşmələrin xüsusi koordinatoru Şimon Lavinin verdiyi məlumata görə, oktyabrın 7-dən etibarən 600 özünümüdafiə dəstəsi yaradılıb və silahlandırılıb.

Onun sözlərinə görə, bu, qarşıya qoyulan hədəfin üçdə bir hissəsidir, yaxın 10 gün ərzində daha 1200 belə dəstə yaradılacaq. O qeyd edib ki, həm yəhudi, həm də ərəb icmalarının yaşadığı qarışıq əhalinin yaşadığı qəsəbələrdə belə təşkilatların yaradılmasına prioritet diqqət yetiriləcək.

Xüsusi koordinator qeyd edib ki, özünümüdafiə bölmələrinin fəaliyyətinə nəzarət İsrail polisi tərəfindən həyata keçiriləcək. O əlavə edib ki, bu cür təşkilatların üzvləri odlu silahdan istifadə etmək hüququna polislərlə bərabər malikdirlər.

Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri onun idarəsinin özünümüdafiə qüvvələrini silahlandırmaq üçün 10 min tüfəng aldığını açıqlamışdı. HƏMAS-ın hücumundan sonra İsrail polisi və Müdafiə Nazirliyi könüllü birləşmələri silahlandırmağa başlayacaqlarını açıqlayıb. Onların ümumi sayı 13,2 min nəfər olmalıdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki