image-326893581_735582804510084_4074322767015633435_nbackend

İsrail prezidenti: “Avropanın İrana qarşı qətiyyətlə hərəkətə keçməsinin vaxtıdır”

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, İsrail prezidenti İshaq Hersoq Avropa liderlərinə xitabən deyib: “Avropanın İrana qarşı qətiyyətli mövqe tutmasının vaxtı gəlib çatıb”.
Hersoq yanvar 25-də Avropaya səfəri çərçivəsində Avropa Komissiyasının sədri Ursula Von der Lein ilə görüşdə Avropa İttifaqından Tehrana qarşı tədbirlərini gücləndirməyi istəyib və “İran Avropadadır”-deyə xəbərdarlıq edib.
İsrailin “Times” qəzetinin məlumatına görə, İshaq Hersoq deyib: “İran rejimi dronlar və öldürücü silahlar hazırlayıb göndərməklə Ukrayna vətəndaşlarına qarşı döyüşür, nüvə gücünü artırmaqla və öz vətəndaşlarına qarşı işkəncə və qətllərlə dünyanı təhlükəyə salır. Hesab edirik ki, Avropanın İrana qarşı son dərəcə qətiyyətli mövqe tutmasının vaxtı çatıb. Çünki bu çağırış təkcə İsrail və Yaxın Şərq regionu üçün deyil, həm də Avropa və dünya üçündür”.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki