image-89backend

İsrail Prezidenti: Ölkə konstitusiya və sosial çöküşün astanasındadır

image-reklam_sirab_01

İsrail prezidenti Yitzhak Hersoq hüquqi islahatlar layihəsinə qarşı kütləvi etirazlar fonunda xalqa xüsusi müraciəti zamanı deyib ki, gücü iflic etmək olmaz. Vətəninfo.az xəbər verir ki, bunu  The Times of Israel yazıb.

“Heç bir güc iflic ola bilməz” deyən Hersoq Netanyahu hökumətini etirazçılardan “ağrı fəryadını eşitməyə” çağırıb.

Hersoq həmçinin xəbərdarlıq edib ki, “ölkə konstitusiya və sosial çöküşün astanasındadır”.

Yariv Levinin hüquq islahatının ölkədə hər həftə minlərlə insanın etirazına səbəb olan hissəsinin birinci oxunuşunun bu bazar ertəsi keçirilməsi planlaşdırılır.

İslahatın əleyhdarları və etiraz aksiyalarının təşkilatçıları bütün rəğbət bəsləyənləri milli tətilə qoşulmağa çağırıblar – çağırış sosial şəbəkələrdə dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki