image-reklam-veteninfo
image-1backend

İsrail Suriya silahlı qüvvələrinin Dəradakı mövqelərinə zərbələr endirib

image-reklam-veteninfo

İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun ölkənin cənubundakı Dəra əyalətindəki mövqelərinə zərbələr endirib. Vətəninfo.az-ın məlumatına görə, bu barədə SANA agentliyi Suriya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr oktyabrın 30-a keçən gecə, yerli vaxtla saat 01:35-də Colan təpələrindən endirilib. Dəra şəhərində yerləşən iki hərbi obyekt hücumun hədəfi olub və maddi ziyan dəyib.

Ölənlər və yaralananlar barədə məlumat verilmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki