image-israil-696x434backend

İsrail Suriyadakı hərbi hədəflərə aviazərbələr endirib: 5 yaralı

image-reklam_sirab_01

Aprelin 1-dən 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms şəhərinə aviazərbə endirib.

Hadisədə Dəməşq hökumətinin 5 hərbçisi yaralanıb.

Beləliklə, İsrail ordusu ardıcıl ikinci gecə Suriyaya aviazərbələr endirib. Suriyanın dövlət agentliyi hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin zərərsizləşdirdiyini, lakin buna baxmayaraq, 5 hərbçinin yaralandığını açıqlayıb.

Suriya müntəzəm olaraq İsrail Müdafiə Ordusunun (İMO) zərbələrini uğurla dəf etdiyini iddia edir, lakin hərbi analitiklər bu iddialara şübhə ilə yanaşırlar. Suriya hərbi mənbəsinin SANA-ya verdiyi məlumata görə, İsrail “Beyrutun şimal-şərq istiqamətindən Hüms şəhəri və onun kəndlərindəki bəzi məntəqələri hədəfə alaraq hava hücumu həyata keçirib”.

Böyük Britaniya mərkəzli Suriya İnsan Haqları Müşahidə Evi partlayışların bir neçə yerdə, o cümlədən Hüms yaxınlığındakı Əl-Dəbaa hərbi hava limanında eşidildiyini bildirib. Digər ərazidə isə elmi-tədqiqat mərkəzində yanğın meydana gəlib. Təşkilat qeyd edib ki, zərbələr Suriya ordusunun bir neçə mövqeyini və İranın dəstəklədiyi milisləri hədəf alıb. Qərb kəşfiyyat mənbələri “Reuters”ə bildiriblər ki, zərbələr Suriyanın mərkəzində İran personalının yerləşdiyi bir sıra hava bazalarına endirilib.

İki mənbə bildirib ki, zərbələr Hüms əyalətindəki qədim Palmira şəhəri yaxınlığında yerləşən T-4 kimi tanınan Tiyas aviabazasını və eyni əyalətin əl-Qusayr şəhəri yaxınlığındakı əl-Dəbaa hava limanını hədəf alıb. Bu, İranın dəstəklədiyi Livan “Hizbullah”ının və digər iranpərəst qrupların və milislərin varlığı ilə tanınan ərazidir.

T-4 iki böyük hava limanından biri hesab olunur (digəri Dəməşq Beynəlxalq Hava Limanıdır). Burada Livana böyük silahlar daşıyan İran təyyarələri tez-tez eniş edir. Daha sonra silahların Livana daşınmazdan əvvəl bölgədəki anbarlarda saxlandığı güman edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image