image-reklam-veteninfo
image-1backend

İsrail telekanalı: “Xameneinin sağ olduğunu dəqiq bilirik”

image-reklam-veteninfo

İsrailin yüksək vəzifəli diplomatik mənbəyi İranın ali lideri Müctəba Xameneinin sağ olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, İsrailin i24 telekanalına açıqlama verən mənbə qeyd edib ki, İsrail tərəfi Xameneinin hazırkı vəziyyəti ilə bağlı məlumatlara sahibdir. Onun sözlərinə görə, “Şirlərin yüksəlişi” əməliyyatının başlanmasından sonra İranın ali lideri ictimaiyyət qarşısına çıxmayıb.

İsrailli diplomatik mənbə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, görüşdə əsas müzakirə mövzularından biri İran məsələsi olub.

Mənbənin sözlərinə görə, İranın gələcəkdə İsrailə qarşı yeni hərbi addımlar atacağı təqdirdə cavab imkanları əvvəlki ilə müqayisədə məhdudlaşa bilər.

İsrailin qiymətləndirməsinə əsasən, ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən zərbələr nəticəsində İranın raket istehsalı imkanlarının əhəmiyyətli hissəsi sıradan çıxarılıb. Mənbə hazırda İranın təxminən 1500-1600 raketə malik olduğunu iddia edib.

Qeyd edək ki, İran tərəfi və rəsmi qurumlar bu iddialarla bağlı hələlik açıqlama verməyib. Regionda baş verən son proseslər fonunda İranın hərbi imkanları və siyasi rəhbərliyi ilə bağlı məlumatlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki