image-israil_flag_161118_1-696x415backend

İsrail və HƏMAS gecə bir-birlərinə zərbələr endirdilər

image-reklam_sirab_01

Bu dəfə qarşıdurma “İslami Cihad”ın tanınmış üzvü Hader Adnanın İsrail həbsxanasında ölməsi ilə bağlı yaranıb.

Vətəninfo.az xəbər verir ki, çərşənbə axşamı axşam saatlarında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri HƏMAS qruplaşmasının nəzarətində olan Qəzza zolağına onun ərazisinin atəşə tutulmasına cavab olaraq hücum edib, Əl-Cəzirə yazır.

İsraillilərlə fələstinlilər arasında bu dəfə qarşıdurma “İslami Cihad”ın məşhur üzvü Hader Adnanın İsrail həbsxanasında 87 günlük aclıq aksiyasından sonra vəfat etməsi səbəbindən başlayıb.

Fələstinlilərin sui-qəsd adlandırdıqları Adnanın ölümü dərhal Qəzza və İordan çayının qərb sahilində küçələrdə etiraz dalğasına səbəb olub.

HƏMAS və İslami Cihad bir gün əvvəl israillilərə xəbərdarlıq videosu yayaraq, Qəzza zolağından gecəyə hücum edib. İsrail hərbçilərinin ilkin məlumatına görə, terrorçular 37 mərmi atıb, onlardan bəziləri Sderota düşüb, nəticədə 3 nəfər yaralanıb.

İsrail ordusu, Təl-Əviv rəsmilərinin bildirdiyinə görə, HƏMAS-ın təlim düşərgələrinə, silah istehsalı bazasına, beton istehsalı sexinə və təlim mərkəzlərinə hava zərbələri endirib.

Reuters-in yazdığı kimi , çərşənbə günü səhər Qəzzada İsrail və Fələstin silahlı qrupları atəşkəs haqqında razılığa gəliblər. Mənbələr agentliyə bildiriblər ki, “qarşılıqlı və eyni vaxtda” atəşkəs saat 03:30-da  qüvvəyə minib və Misir, Qətər və BMT rəsmilərinin səyləri nəticəsində əldə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki