image-8317089446580981474backend

İsraildə səfirlik açmağımız kimləri qıcıqlandırıb? -SENSASİON DETALLAR

image-reklam_sirab_01

İki gün öncə millət vəkili Fazil Mustafa evinin qarşısında sui-qəsdə məruz qaldı. Millət vəkilini izləyən silahlı şəxs və yaxud şəxslər millət vəkilinə silahlı hücum ediblər. Hücum nəticəsində millət vəkili ayağından və çiynindən güllə yarası aldı.

“Ehtimallar çoxdur. Amma biz tarixi xranoligiyaya baxsaq, Azərbaycan aydınlarına qarşı tarixin müxtəlif dönəmlərində  terror olub. Ziya Bünyadov, Afiyəddin Cəlilov məhz terroru qurbanı olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu cəhdləri edən şəxslər öz layiqli cəzasını aldı. Ancaq son dövrlərdə Azərbaycana qarşı təhdidlər artıb.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, bu hücümların məqsədi Azərbaycanda stabilliyi pozmaqdır.

“Son zamanlar bu təhdidlərin artması isə məqsədyönlüdür. Bütün bu cür təhdidlər bizim iradəmizi sındıra bilməz” -deyə Cavanşir Feyziyev əlavə edib.

Daha ətraflı videomatrealda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki