image-63d12b8fcb885backend

İsraildə terrorçuların vətəndaşlıqları ləğv edilir

image-reklam_sirab_01

İsrail parlamenti (Knesset) terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu sosial media hesabında məlumat paylaşıb.

“Knessetdə koalisiya sədri Ofir Katsın terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası ilə bağlı qanun layihəsini təsdiqlədik”.

Qanunda, qeyd olunur ki, ölkənin daxili işlər naziri Fələstin administrasiyasından maliyyə vəsaiti almış, məhkum edilmiş terrorçuların vətəndaşlıq və ya yaşayış icazəsini ləğv edərək onları administrasiyanın ərazisinə və ya Qəzza zolağına deportasiya edə bilər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki