image-338171289_937046057433407_6597468791106940627_nbackend

İsraildən İranı şoka salan addım: Cəsus peykini orbitə buraxdı

image-reklam_sirab_01
İsrail İranla mümkün qarşıdurmalara hazırlıqlar çərçivəsində Tehran rejiminin fəaliyyətlərini izləmək üçün “Ofek” adlı cəsus peykinin yeni versiyasını orbitə çıxarıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Peykin orbitə buraxılması İsraillə İran arasında gərginliyin artması, İranın nüvə proqramının genişlənməsi və bu ölkənin Rusiya ilə ikitərəfli müttəfiqliyinin gücləndirilməsi ilə eyni vaxta təsadüf edir.
Aylardır planlaşdırılan buraxılışa İsrailin müdafiə naziri Yoav Qallant nəzarət edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki