İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) orada hərbi məsləhətçi kimi xidmət edən zabiti Suriyada dünyasını dəyişib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.
İran təşkilatının bəyanatında deyilir: “Suriyada hərbi müşavir vəzifəsində çalışmış zabit Milad Heydəri sionist rejimin Dəməşq yaxınlığında həyata keçirdiyi cinayətkar hücum nəticəsində şəhid olub”.
İslam İnqilabı Keşikçiləri Korpusu beynəlxalq təşkilatların “Sionist rejimin təcavüzkar hərəkətlərinə və Suriyanın suverenliyi və ərazi bütövlüyünün daimi pozulmasına cavab olaraq” fəaliyyətsizliyini pisləyir.