image-659e857813405backend

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı açıqlandı

image-reklam_sirab_01

İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 147 nəfər artaraq 23 min 357-yə çatıb.

Qəzzadakı Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 96 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 147 fələstinlini öldürdüyü, 243 nəfərin yaralandığı bildirilib.

Açıqlamada İsrail qüvvələrinin son 24 saatda “14 qırğın” həyata keçirdiyi, 7 oktyabrdan bu yana həyata keçirilən hücumlarda öldürülən fələstinlilərin sayının 23 min 357, yaralı sayının isə 59 min 410-a çatdığı ifadə edilib.

Yaralıların bəzilərinin hələ də dağıntılar altında və ya yol kənarında olduğu, təcili yardım və mülki müdafiə qruplarının onlara çata bilmədiyi qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki