image-iran-qanbackend

İsrailin İrana hücumu Ermənistanı qorxuya saldı: İran zəifləsə, Ermənistan məhv OLACAQ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ötən gecə İsrail İranın hərbi bazalarına havadan hücumu, molla rejiminin yaxın müttəfiqi Ermənistanda ciddi həyacan  və qorxu yaradıb.

Ermənistanda davamlı olaraq, Azərbaycan və Türkiyə qarşı aqressiv açıqlamaları ilə tanınan  Varuzan Geqamyan açıqlama yayaraq bildirib ki, İrana pilotsuz təyyarələrin hücumu olub, bir sıra şəhərlərdə (o cümlədən Təbriz, İsfahan) bir neçə mühüm hərbi obyekti, o cümlədən İran Müdafiə Nazirliyinin obyektləri vurulub. Varuzan Geqamyan bildirib ki,  hazırda dünya mediasında baş verənlər, o cümlədən İsrailin İrana qarşı genişmiqyaslı müharibəyə başlaması ilə bağlı çoxlu versiyalar səslənir,  müharibə haqqında danışmaq isə hələ tezdir.

“Bununla belə, iki şey də aydındır: Bölgəmizdə böyük bir müharibə gedir ki, bu da istər-istəməz bizim ərazimizə təsir edəcək və ya bəlkə də bu müharibə bizim ərazimizdə  baş verəcək. Bu hücum həmin müharibənin növbəti siqnalıdır. İkinci detal isə  İranın zəifləməsi birbaşa mənfi mənada Ermənistan təhlükəsizliyinə təsir edəcək. Yəni İran nə qədər zəifləsə, Ermənistan  bir o qədər zəifləyəcək. Deməli, gecə baş verənlər daha bir həyəcan siqnalıdır”.

Vətəninfo.az 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki