image-img_20230216_202249backend

İsrailin qabaqcıl lazerləri İran dronlarını Ukraynadakı kimi məhv edə bilər

image-reklam_sirab_01

“Jerusalem Post” qəzeti İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi general Dani Qolda istinadən qeyd edir ki, İsrailin lazer hava hücumundan müdafiə sistemləri gələcəkdə tam şəkildə tətbiq edilərsə, İranın göndərdiyi və Ukraynaya qarşı istifadə edilən dronları vura biləcək.

Təl-Əviv Universitetində keçirilən Süni İntellekt konfransında çıxış edən MAFAT-ın (Müdafiə Tədqiqatları və İnkişafı Direktorluğu) rəhbəri bildirib ki, təmsil etdiyi nazirlik lazerlərdən istifadənin növbəti nəslinin yaradılması üzərində işləyir.

Dani Qold Azərbaycan Silahlı Qüvvələrinin də tətbiq etdiyi “Dəmir günbəz” taktiki raket əleyhinə müdafiə sisteminin “atası” hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki