image-1backend

İsraillə atəşkəs razılaşması yaxındır- HƏMAS rəhbəri

image-reklam_sirab_01

Fələstinin HƏMAS radikal hərəkatının rəhbəri Reuters agentliyinə bildirib ki, qrup İsraillə atəşkəslə bağlı razılığa gəlməyə yaxındır.

Vətəninfo.az-ın məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə “Reuters”ə verdiyi yazılı açıqlamada HƏMAS-ın Qətərin vasitəçilərinə cavabını verdiyini bildirib. Mümkün razılaşmanın şərtləri ilə bağlı başqa təfərrüatlar məlum deyil.

Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti də öz növbəsində münaqişə ilə bağlı “humanitar məsələləri müzakirə etmək” üçün noyabrın 20-də Qətərdə Haniyə ilə görüşüb.

Noyabrın 20-də Ağ Ev də razılaşmanın yaxınlaşdığını açıqladı.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib: “Biz buna əvvəlkindən daha yaxınıq”.

İsrail və HƏMAS arasındakı razılaşmanın bir hissəsi olaraq Qəzzada saxlanılan məhbusların bir qismi azad edilməli, hərbi əməliyyatlar dayandırılmalıdır ki, humanitar yardım mühasirəyə alınmış anklavlara daxil ola bilsin.

Bundan əvvəl İsrail və HƏMAS noyabrın 19-da tərəflər arasında 5 günlük atəşkəsin elan ediləcəyi və 50 israilli girovun İsraildə həbsdə olan 50 fələstinli məhbusla dəyişdiriləcəyi barədə razılığın əldə olunduğu barədə xəbərləri təkzib etmişdi .

Oktyabrın 7-də İsrailin işğalı zamanı HƏMAS 240-a yaxın adamı əsir götürmüş, 1200 nəfəri öldürmüşdü. İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 5600-ü uşaq olmaqla azı 13300 fələstinli qurban var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki