image-1backend

İsraillə HƏMAS arasında  atəşkəs razılaşması pozuldu, hərbi əməliyyatlar davam edir-  BBC

image-reklam_sirab_01

İsrailin yüksək rütbəli rəsmilərindən biri Fələstinin radikal HƏMAS hərəkatı ilə əldə edilmiş atəşkəs razılaşmasının İsrail girovları və fələstinli əsirlərin mübadiləsinin həyata keçirilməli olduğu barədə məlumat verib.

Vətəninfo.az-ın BBC-nin nəşrindən əldə etdiyi məlumata görə, İsrail rəsmilərindən biri girovların noyabrın 24-dək azad edilməyəcəyini bildirib . İsrailin xarici işlər naziri daha əvvəl HƏMAS-ın saxladığı ilk girovların noyabrın 23-də azad ediləcəyini açıqlamışdı.

İsrail baş nazirinin milli təhlükəsizlik müşaviri saziş üzrə danışıqların davam etdiyini açıqlayıb.

Planlaşdırılan razılaşmaya görə, HƏMAS tərəfindən əsir götürülən 50 israilli İsrail həbsxanalarında olan 150 fələstinli qadın və yeniyetmə ilə dəyişdirilməli idi. Bundan əlavə, dörd günlük atəşkəs olmalı və Qəzza zolağına humanitar yardımlar daxil olmalı idi.

İsrail hökumətindəki mənbə BBC-yə bildirib ki, noyabrın 23-də yerli vaxtla saat 10:00-da qüvvəyə minməli olan atəşkəs də təxirə salınıb.

Noyabrın 22-də axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkənin bütün səyləri Həmas tərəfindən saxlanılan girovların azad edilməsinə yönəlib. O əlavə edib ki, atəşkəs dövründə İsrail Müdafiə Qüvvələri “müharibənin davam etdirilməsinə hazırlaşacaq”.

Qrup yaraqlılarının oktyabrın 7-də İsrailə hücumu nəticəsində 1200 nəfəri öldürüb, 240 nəfəri əsir alandan sonra İsrail Həmas-a müharibə elan edib. İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında qurbanların sayı 14500-ü keçib. Onların arasında 6 minə yaxın uşaq da var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki