image-34dd170e-46fc-36f2-a848-d398c8f36526_850backend

İsraillə Livan arasında dəniz sərhədi sazişi imzalanacaq

image-reklam_sirab_01

Oktyabrın 27-də İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair sazişin imzalanması mərasimi baş tutacaq.

bu barədə İsrailin Baş naziri Yair Lapid bazar ertəsi Tel-Əvivdə niderlandlı həmkarı Mark Rütte ilə görüşündə bildirib.

“Cümə axşamı Livan ilə tarixi saziş imzalayacağıq. İsrail yaxın gələcəkdə Avropanın mühüm qaz tədarükçüsünə çevriləcək. Bu arada “yaşıl” enerji və bərpa olunan enerji üçün orta və uzunmüddətli həllər tapmaq üçün birlikdə çalışmalıyıq”, – o deyib.

Xatırladaq ki, oktyabrın 11-də Livan Prezidenti Mişel Aun amerikalı vasitəçi Eymos Hokstin tərəfindən hazırlanmış dəniz sərhədi ilə bağlı sazişin yekun layihəsini aldığını bildirmişdi. Oktyabrın 12-də İsrail hökuməti Livanla sərhədin demarkasiyasına dair sazişin fundamental müddəalarını təsdiqləyib və elə həmin gün sənədi sonradan səsvermə olmadan ölkə Knessetində (parlamentində) 14 gün müddətinə müzakirəyə göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki