İstanbulda məşhur kinoteatrın sahibi oğurluq edərkən saxlanılıb. Vətəninfo.az xəbər verir ki, U.O. yanvarın 11-nə keçən gecə dəbdəbəli supermarketlər şəbəkəsindən spirtli içki alıb və pulunu ödəmədən gedib.
Elə həmin gün axşam saatlarında başqa mağazalar şəbəkəsinə gedən iş adamı həmin yerdən çıxarkən gizlətdiyi spirt şüşələri ilə cinayət başında yaxalanıb.
Prokurorluqda ifadəsi alınan iş adamı butulkaları oğurladığını etiraf edərək peşman olduğunu və rüsumunu ödəyə biləcəyini bildirib.
İfadəsinin ardından Sülh Cəza Hakimliyinə sövq edilən Ö, oğurluq etdiyi üçün tutularaq həbsxanaya göndərilib.