image-obackend

İstanbuldakı terrorda ABŞ İZİ: Vaşinqton nə etməyi planlayır?

image-reklam_sirab_01

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünənki partlayışı PKK/YPG terror təşkilatı həyata keçirdiyini və bombanı qoyan şəxs saxlanıldığını bildirib.

“Ardınca Süleyman Soylu ABŞ-ın terrorla bağlı verdiyi başsağlığı mesajını “qatilin hadisə yerinə ilk gələnlərdən biri olması” kimi də dəyərləndirib.

Partlayış təlimatının Suriyanın Kobani şəhərindən gəldiyini, hadisəni törədənin Afrindən keçdiyi qənaətindəyik”, – deyə Soylu bildirib.

“Soylunun bu fikirləri ABŞ-ın PKK-YPG yə verdiyi hərbi-siyasi dəstək , son illər bu təşkilatı terror təşkilatı deyil, “azadlıqsevər” bir xalqın özünü müdafiə hərəkatı kimi legitimləşdirmə cəhdləri etməsinə əsaslanır.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva bildirib.

image-166158846418979345926309d3f052182

“Son illər ABŞ PKK ilə PYD/YPG arasında heç bir əlaqənin olmadığı təsəvvürü yaratmaq üçün davamlı cəhdlər edir. Bu Vaşinqtonun terror təşkilatının Suriya qolunun hərəkətlərini qanuniləşdirmək və onu regional bir aktor kimi təqdim etmək səylərinin bir hissəsidir. İki terror strukturu arasındakı əlaqənin mövcudluğu ( PYD/YPG PKK-nın bir qoludur ) onlarla rəsmi hesabatda əksini tapmasına, Suriyada on ildir davam edən münaqişə zamanı YPG-nin saysız hesabsız hərbi cinayətlərinin sənədləşdirilməsinə baxmayaraq ABŞ bu cür cəhdlər edir.” -deyə politoloq bildirib.

“Bu məqsədlə iki il öncə Hollivudda bu təşkilatın Suriyanın Kobani şəhərində güya İŞİD yaraqlılarına qarşı döyüşməsinə həsr olunan filmin çəkilişinə başlanılıb. YPG/PKK terrorçularının “qəhrəmanlığı” mövzusuna həsr olunmuş film Gail Lemmonun müəllifi olduğu “Kobaninin qızları: üsyan, cəsarət və ədalət hekayəsi” kitabının əsasında çəkilir. “Qadın Özünümüdafiə Birlikləri” nin “qəhrəmanlığına” həsr olunan “Kobaninin qızları” kitabı əsasında serial çəkmək qərarı beynəlxalq ictimayətdə PKK terrorçularının İŞİD ilə mübarizədə guya effektiv rol oynaması təəssüratı yaratmağa hesablanıb. Filmin ideya müəllifi və produseri kimi insan taleləri və dramatik filmlər haqqında filmlər çəkən “HiddenLight” prodüser şirkəti çıxış edir.”- deyə politoloq əlavə edib.

Yeganə Hacıyeva bildirib ki, “HiddenLight” prodüser şirkətinin təsisçisi isə nə az nə çox ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Hillari Klintondur.

“Hillari Klinton və qızı Çelsi şirkəti 2020-ci ilin dekabrında məhz bu filmin çəkilişi üçün təssis ediblər. Dünən İstanbulda törədilən terrorun sifarişçisi Kobanidə, icraçısı isə Kobaninin qızlarından biridir.” – bu hadisələrin haradan qaynaqlandığını bir daha göstərir deyə politoloq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki