30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibəti ilə İstanbulda tarixi yerlər Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən işıqlandırılıb.
Vətəninfo.az xəbər verir ki, Qalata Qülləsi, Haydarpaşa Vağzalı, Dolmabahçe And Qapısı, Beyazıt Yanğınsöndürmə Qülləsi, Kuleli Hərbi Liseyi və Beşiktaş Dəniz Muzeyi üzərində işıq rəngləmə texnikası ilə Türk bayrağı proyeksiya edilib.
İstanbul boğazında isə Boğaziçi Kuleli Hərbi Liseyinin qarşısında atəşfəşanlıq olub.