image-9backend

İsveç Kiyevə 400 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

image-reklam_sirab_01

İsveç parlamenti hökumətin təklif etdiyi ölkə büdcəsinə Ukraynaya 4,3 milyard İsveç kronu (406,7 milyon dollar) məbləğində yeni hərbi yardım paketini nəzərdə tutan düzəlişləri təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki, parlamentin bəyanatında deyilir ki, İsveç silahlı qüvvələrinin məhdud müddət ərzində onsuz edə biləcəyi hərbi texnika Kiyevə bağışlanacaq.

Yardım paketinə tank əleyhinə silahlar, minalardan təmizləmə texnikası, “Robot 57” yüngül tank əleyhinə silahlar və “Combat Vehicle 90” piyada döyüş maşınları daxildir.Büdcəyə qanunvericilik dəyişiklikləri fevralın 13-dən qüvvəyə minəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki