image-63cd0c17b1239backend

“İsveç özünü belə aparsa NATO-ya daxil ola bilməyəcək”- Kurtulmuş

image-reklam_sirab_01

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, professor Numan Kurtulmuş təxribatlara yol verən İsveçin bu cür davam edəcəyi təqdirdə Türkiyə tərəfindən heç vaxt NATO-ya qəbul edilməyəcəyini söylədi.

Vətəninfo.az xəbər verir ki, Samsunda mətbuat nümayəndələri ilə görüşündə N.Kurtulmuş sözügedən mövzu ilə bağlı deyib: “Avropada artan irqçilik Avropa üçün təhlükə zəngləri çalır.

Ötən həftə prezident Rəcəb Tayyib Ərdoğanın maketini təhqir edənlərə cavab vermədik. Bundan dərhal sonra faşist, irqçi, ksenofob və islamofob siyasətçi Quranı yandıraraq nümayiş keçirdi. Tarix boyu İslama və müsəlmanlara hücum edənlər həmişə olub və onların hamısı tarix səhnəsindən silinib.

Belə faşistlərə yol açınca, İsveç ən böyük zərəri Avropa xalqlarına vurmuş olacaq.

İsveç hökuməti separatçı terror təşkilatı PKK/YPG tərəfdarlarının təxribatlarına icazə verir. Belə davam edərsə, İsveçin NATO-ya daxil olması məsələsi Türkiyə tərəfindən heç vaxt təsdiqlənməyəcək. Terrora dəstək verməkdən vaz keçin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki