image-22backend

İsveçdə PKK qalmaqalına qarşı cinayət işi açıldı

image-reklam_sirab_01

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın vəkilləri İsveçdəki terror təşkilatı PKK/YPG qalmaqalı ilə bağlı cinayət işi açıb.

Vətəninfo.az xəbər verir ki, Ərdoğanın vəkili Hüseyn Aydın İsveçin paytaxtı Stokholmda terror təşkilatı PKK/YPG tərəfdarları tərəfindən prezidentin də hədəf alındığı terror təbliğatı ilə bağlı açıqlama verib.

Hüseyn Aydın  keçirilən etirazlarla bağlı Ankara Cümhuriyyət Baş Prokurorluğuna cinayət işi açıldığını açıqlayıb.

H.Aydın sosial media hesabından etdiyi paylamışda bu ifadələrdən istifadə edib:

“Prezidentimizi hədəf alan və cinayət təşkil edən terror təşkilatı PKK tərəfindən Stokholmda təşkil edildiyiməlum olan nümayişlərin səbəbkarları haqqında istintaq başlanması tələbi ilə Ankara Cümhuriyyət Baş Prokurorluğuna cinayət işi açılıb. ”

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda tarixi bələdiyyə binasının qarşısında toplaşan terror təşkilatı PKK/YPG tərəfdarı bir qrup prezident Rəcəb Tayyıb Ərdoğana bənzədilməyə çalışılan bir kuklanı dirəyə asıb və görüntüləri sosial mediada paylaşıb.

Terror təşkilatı PKK/YPG ilə əlaqəli sosial media hesablarından paylaşılan videoda Türkiyeni və prezident Ərdoğanı hədəf alan təhdidlərin türkcə altyazılarla edildiyi görülüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki