İsveçin Malmö şəhərində miqrant Salvan Momika müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandıraraq nümayiş keçirib. Vətəninfo.az SVT telekanalına istinadən xəbər verir ki, polis müdaxilə etməyə cəhd edən bir neçə nəfəri saxlayıb.
“Bazar günü Salvan Momikanın nümayişi zamanı Quranı yandırarkən bir kişi müdaxilə etməyə çalışsa da, polis buna mane olub. “Bir neçə nəfər saxlanılıb”, – nəşr yazır.
Telekanalın məlumatına görə, tədbir 200-ə yaxın tamaşaçı toplayıb və atmosfer “gərgin” olub.
Qeyd olunur ki, izdiham Salvan Momikaya yaxınlaşmaq üçün bir neçə dəfə cəhd edib və nəticədə nümayiş planlaşdırılan vaxtdan tez başa çatıb. Salvan Momikanı polisin müşayiəti ilə aparıblar”.
Bundan sonra camaat arasından bir nəfər Momikanın daşındığı polis avtomobilini avtomobilə söykənərək saxlamağa çalışsa da, avtomobil yoluna davam edib.


























