image-0backend

İsveçrə öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib

image-reklam_sirab_01

İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının İrana səfəri və onların həbsi ilə bağlı xəbərdarlıq edib. Vətəninfo.az xəbər verir ki,  noyabrın 13-də dərc edilən bəyanatda İsveçrə vətəndaşlarından “xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin döyüş güllələrindən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.

İsveçrə hökuməti bu yaxınlarda Ukrayna savaşında istifadə üçün Rusiyaya dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.

Ancaq İranın Avropada ikinci ən böyük iqtisadi tərəfdaşı olan İsveçrənin, İranda etirazçıların susdurulmasına görə İrana qarşı sanksiya planının olmadığını bildirməsi ölkənin bəzi siyasətçiləri və parlamentarilərinin mənfi reaksiyasına səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki