Romada sakinlərin görüşündə açılan atəş nəticəsində həlak olanlardan biri də İtaliyanın baş naziri Giorgi Melonun sevgilisi olub. Vətəninfo.az xəbər verir ki, bu barədə siyasətçi öz Facebook səhifəsində məlumat verib.
“Nikoleta mənim dostum idi, belə ölmək düzgün deyil. Nikoletta qayğıkeş ana, səmimi və ləyaqətli dost, eyni zamanda güclü və kövrək qadın idi”, – Meloni yazıb. Baş nazir bildirib ki, mərhumun 10 yaşlı oğlu var. O, ədalətin tezliklə təmin olunacağına da ümid etdiyini bildirib.
Qeyd edək ki, dekabrın 11-də Romada atışma olub, nəticədə 4 nəfər ölüb.