image-img_20230405_084706backend

Jerusalem Post: “İsrailin hava məkanında vurulan naməlum dronu İran göndərib”

image-reklam_sirab_01

İsrail ordusu ölkənin hava məkanında vurulan dronun əməliyyat keçirmək üçün İran tərəfindən və Suriya ərazisindən göndərildiyini təsdiqləyib.

Məqalənin müəllifi iddia edib ki, bu dron İsrailin Suriyadakı hədəflərinə və İranın proksi qüvvələrinə son hücumlardan sonra İran tərəfindən İsrailin hava məkanına daxil olmaq üçün yönləndirilib.

İsrail ordusu Suriya ərazisindən həmin dronu uçuş trayektoriyası boyunca izlədiyini və ondan heç bir təhlükə görmədiyini açıqlayıb.

İsrail ordusu hələ də hadisənin detallarını araşdırır və lazımi məlumatların bir hissəsinin açıqlanmasının səbəbi vurulan dronun qalıqlarının bazar ertəsi səhər Hula vadisi ərazisində tapılması və əlavə araşdırma üçün toplanması ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki